Uşakov: Rusiya müvəqqəti atəşkəsi deyil, uzunmüddətli nizamlanmanın tərəfdarıdır

Uşakov: Rusiya müvəqqəti atəşkəsi deyil, uzunmüddətli nizamlanmanın tərəfdarıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Ukrayna ilə müvəqqəti atəşkəs ideyasını dəstəkləmir, münaqişənin uzunmüddətli nizamlanmasının tərəfdarıdır.

Tribunainfo.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Bizim məqsədimiz ölkəmizin qanuni maraqlarını və narahatlıqlarımızı nəzərə alan dayanıqlı sülh nizamlanmasına nail olmaqdır. Biz buna çalışırıq”, – Y.Uşakov “Rossiya 1” (VQTRK) telekanalına müsahibəsində bildirib.

O əlavə edib ki, hazırkı vəziyyətdə “sülh prosesini təqlid edən hər hansı addımları” zəruri hesab etmir.