Adətən uşağın sağlam olmasını ananın sağlamlığı və qidası ilə əlaqələndirirlər. Ancaq aparılmış yeni araşdırma üzə çıxarıb ki, uşağın sağlam olması üçün atanın sağlam qidalanması daha vacibdir.
Tribunainfo.az yazır ki, yeni araşdırma protein az qəbul edib karbohidratı çox qəbul edənlərin uşaqlarının sağlam olmadığını üzə çıxarıb. Belə ki, ata namizədləri balıq, ət, tərəvəz, meyvələrdən ibarət qidalanma rejimi seçməlidir.
Mütəxəssislər ata olmaq istəyən kişilərə makaron, düyü, ağ çörəyi az yeməyi, balıq, ət, tərəvəz və meyvələrdən ibarət qidalanma rejimini seçmələrini tövsiyə edib. Bundan əlavə kişilərin keks, şokolad, şirniyyatlardan da yan qaçması məsləhət bilinib.