UŞAĞIN QIZDIRMASI VARSA, BU DƏRMANDAN İSTİFADƏ ETMƏYİN – HƏKİMDƏN MƏSLƏHƏT

UŞAĞIN QIZDIRMASI VARSA, BU DƏRMANDAN İSTİFADƏ ETMƏYİN – HƏKİMDƏN MƏSLƏHƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havalar isti keçsə də, bəzən uşaqlar belə havalarda da xəstələnir, hərarətlənə bilirlər. Normal bədən temperaturu 36.6-dır. Bunun üzərinə qalxması hərarət olaraq qəbul edilir. Qızdırmanın qalxmasının səbəbləri həddən artıq çoxdur. Daha çox qarşımıza çıxan səbəblər infeksion xəstəliklər hesab olunur. Bunların da böyük bir hissəsinin səbəbləri virus infeksiyalarıdır.

Tribunainfo.az yazır ki, qızdırmanın salınması üçün analar müxtəlif yollara əl atırlar. Ancaq uşaqlarda hərarət zamanı daha diqqətli olmaq lazımdır. Həkim-pediatr Altay Abdullaoğlu bildirib ki, qızdırma olduğu zaman birinci otağın tempuraturu aşağı salınmalıdır. Uşağın geyimi nazik olmalıdır. Hansı fəsil olmasından asılı olmayaraq əgər qızdırma çoxdursa ilıq duş edilə bilər. İslaq tənziflə bədənin müxtəlif yerlərinə təmas edilə bilər:

“Uşaqlarda istifadə etdiyimiz qızdırmasalıcıların 3 növü var:
1. Parasetamol tərkibli
-Tylol sirop
-Panadol sirop
-Cefekon şam və s.
Bunların hər üçünün tərkibi eynidir.
Ehtiyac olarsa ən erkən 4- 6 saatdan bir verilə bilər. Parasetamol məcbur qaldıqda doğulduğu gündən də verilə bilər. Təqribi olaraq çəkisinin yarısı qədər vermək olar. (10 kq-sa 5 ml)
2. İbuprofen tərkibli
3. Nurafen
4. Dolven
5. Paidofebril və .s.
Hər üçünün tərkibi ibuprofendir
Ən erkən 6-8 saatdan bir verilir. İbuprofeni adətən 6-cı ayından sonra təqribi olaraq çəkisinin yarısı qədər vermək olar.
3. Analgin tərkibli (metamizol)

Ölkəmizdə iynə şəklində vurulur. Amma yan təsiri çox olduğu üçün istifadə etməməyə çalışırıq. Çox allergik dərmandır. Məcbur qalsaq daha böyük uşaqlarda istifadə edilə bilər. Analginin evdə vurulmasını qətiyyən tövsiyyə etmirik. Çünki allergik olduğu üçün, ani allergik reaksiya baş verə bilər və ona ani yardım göstərilməsə ölümlə nəticələnə bilər. Buna görə ya həkim nəzarəti altında ya da xəstəxanada vurula bilər”.

Həkim bildirib ki, bütün dərmanlarda olduğu kimi qızdırmasalıcılarda da təəssüflər olsun ki, bəzi fəsadlar ola bilər. Buna görə də çox məcbur qalmasaq verilməməlidir. Bu fəsadlar çox ciddi ola bilər. Allergik reaksiyalar, qusma, ishal və.s.