Güney Azərbaycanın iki şəhərində maraqlı hadisə qeydə alınıb.
Tribunainfo.az xəbər verir ki, hadisənin biri Urmu şəhərində yaşanıb.
Belə ki, İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Seyid Səttar Haşimini bu şəhərə səfəri zamanı Azərbaycan milli geyimli qız qarşılayıb. Azərbaycanlı qızın paltarının rəngi və üzərində işlənmiş Ay-Ulduz simvolu Azərbaycan xalqının bir çox düşmənlərini qəzəbləndirib. Bir çox dairələrdə tənqid olunub.
Bu hadisəni tənqid edənlərin başında narkotik qaçaqmalçılığında əli olan, Avropa Birliyinin sanksiyalarına məruz qalan Naci Zindəşti olub. İkincisi isə Quzey və Güney Azərbaycan türklərinə qarşı düşmən mövqeyi ilə tanınan İran dövlət televiziyası şərhçisi Ehsan Movəhedian olub.
İkinci hadisə isə Əhər şəhərində qeydə alınıb. Tribunainfo.az xəbər verir ki, şəhərdə keçirilən Qaradağ Qısa Teatr Festivalının açılışında çıxış edən icra başçısı Sadiq Əhmədi deyib ki, yerli sənətçilər Azərbaycan mədəniyyətini təbliğ etməkdən çəkinməməlidirlər: “Bəzi adamlar Azərbaycan musiqisi və milli rəqsindən qorxurlar. Amma sənətçilər heç vaxt geri çəkilməsinlər. Öz sənətlərini azad və qürurla nümayiş etsinlər, dar düşüncəlilərin qarşısında dayansınlar. Azərbaycan musiqisi və milli rəqsi təhlükə deyil, əksinə xalqımızın mədəniyyətinin, birliyinin və ruhunun gücüdür”.
Fərda Uğur