Güney Azərbaycanın simvollarından biri olan, habelə tarixi torpaqların incisi adlandırılan Urmu gölü ciddi risk altına düşüb.
Tribunainfo.az xəbər verir ki, göl faktiki olaraq qurumaqda davam edir və kritik mərhələyə qədəm qoyub.
İranın “Mehr” Agentliyi bununla bağlı dünən geniş. Reportaj hazırlayaraq, vəziyyətin acınacaqlı olduğunu bildirib. Agentlik qeyd edib ki, İran hökumətlərinin 30 illik səyləri boşa çıxıb. “30 illik sayələr boşa çıxdı. Urmu gölü ümidlə ölüm arasında qalıb. Bir zamanlar Azərbaycanın döyünən ürəyi olan Urmu gölü indi yarımçıq vədlər, buxarlanma və susuzluq səbəbindən ölümlə çarpışır. İndiyə qədər gölün yaşaması üçün heç bir addım atılmayıb”.
Fərda Uğur