“Hazırda Urmiya gölünün yalnız 10%-i qalıb. Gölün səviyyəsi 1270 metr 10 santimetrə çatıb ki, bu da öz standart səviyyəsindən 3 metr azdır”. Tribunainfo.az xəbər verir ki, bu məlumatı “Tasnim” Agentliyi yayıb.
Həmin məlumatda bildirilir ki, qurumanın səbəbi Urmiya gölünü su ilə təmin edən çayların üzərində 23 su bəndinin tikilməsidir.
Agentlik həmin bəndlərin ləğv edilməsini, bu mümkün olmazsa, Arazadan Urmiyə gölünə kanal çəkilməsini təklif edib.