İran prezidenti Məsud Pezeşkian Urmiyəyə səfərindən sonra şəhərin yaxınlığındakı nəhəng göllə bağlı qərar verib.
Tribunainfo.az xəbər verir ki, bundan sonra Urmiyə gölünün qurumasını önləmək üçün hökumət konkret addımlar atacaq.
Onlardan biri də gölün qurumasını önləmək üçün müstəqil büdcə təyin edilməsidir. Qərbi Azərbaycan valisi Rza Rəhmani bildirib ki, bu, ilk hadisədir: “Urmiya gölü üçün müstəqil büdcə xətti müəyyən ediləcək. Bu xərclər Urmiya gölünün xilasına sərf olunacaq”.
Ramin Quliyev