Mərkəzi Urmuiyə şəhəri olan Qərbi Azərbaycan Təhsil Baş İdarəsində partlayış baş verib.
Tribunainfo.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.
Yerli rəsmilər partlayışa səbəb kimi, əvvəlcə qaz sızmasını göstəriblər. Lakin sonradan səs bombasının partlamasını əsas səbəb olaraq sıralayıblar.
Yerli mənbələr isə rəsmi dairələrin həqiqəti gizlətdiyini bildirirlər. Onlar bunun bölgədəki kürd silahlı dəstələrinin terror aktı olduğunu iddia ediblər.
Fərda Uğur