ÜRƏKDƏN ÖLƏNLƏR ARTIB… SƏBƏB VƏ FAKTLARI HƏKİM AÇIQLADI…

ÜRƏKDƏN ÖLƏNLƏR ARTIB… SƏBƏB VƏ FAKTLARI HƏKİM AÇIQLADI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, ürək-damar xəstəlikləri səbəbindən dünyasını dəyişənlərin sayına görə Azərbaycan dünyada ikinci sıradadır. Kiçik bir ölkə üçün belə bir sıralamada ikinci yerə çıxmaq heç də yaxşı hal deyil.

Tribunainfo.az-a danışan professor Adil Qeybulla bildirib ki, Azərbaycanın ürək-damar xəstəliklərindən ölənlərin sayına görə ikinci yerdə olması təəccüblü deyil. Həkim bildirib ki, bir çox hallarda başqa səbəbdən ölən şəxsin ölüm səbəbi kimi ürək çatışmazlığı yazılması da rəqəmləri süni şəkildə şişirdib:

“Son illər ürək-damar xəstəliklərinin sayı, ağırlaşmalar və ölüm hallarının dinamikası bütün dünya üzrə artmaqdadır. Səbəbləri sadədir – qidalanma, yağlı yeməklər, az hərəkət. Yəni daxil olan kalori ilə sərf olunan kalori rasında disbalans yaranır. Azərbaycanda ürək-dama xəstəliklərindən ölüm halı üzrə dünyada ikinci sırada olması təəccüblü hal deyil. Ancaq təbii ki, ölüm halına görə ikinci sırada olmağımızın bir neçə səbəbləri ola bilər.
Azərbaycanda bu gün vətəndaşların böyük əksəriyyəti təəssüf ki, meyitin təşhiş olunmasına imkan vermirlər. Bu çox ciddi yanlışlıqdır. Çünki evdə, stasionarda dünyasını dəyişən hər bir insan təşhis olunmalıdır. Ölümün dəqiq səbəbini ancaq bu şəkildə öyrənmək mümkündür. Buna imkan verilmədiyi üçün bir çox hallarda ölümün dəqiq səbəbi məlum olmur. Belə olduğu halda da klinikalar, xəstəxanalar, evdə ölmüş şəxs üçün gələn təcili yardım işçiləri ölüm səbəbi kimi ürək çatışmazlığı qeyd edirlər. Bu statistik rəqəmlərə təsir edir və ölüm hallarının hansı səbəbdən olması məlum olmur”.