Braziliyalı elm adamları gülməyin ürəyə və ürək damarlarına hansı təsiri göstərdiyini araşdırıblar.
Tribunainfo.az yazır ki, alimlər ürək xəstəliyindən əziyyət çəkən bir neçə adam üzərində apardıqları araşdırma zamanı gülməyin həmin insanların ürəyinə nə qədər təsir etdiyinin şahidi olublar.
Araşdırmada 26-64 yaş arası ürək problemi yaşayan insanlar iştirak edib:
“Onlara 3 ay ərzində ancaq komediya filmləri, gülməli verilişlər izləməyi tapşırdıq. Məlum oldu ki, gülmə zamanı ürək vücuda yüksək sürətlə oksigen vurur. Bu da ürək damarlarının genişlənməsinə səbəb olub”.
Alimlər bildirib ki, gülmə terapiyası ürək problemindən əziyyət çəkənlər üçün tətbiq edilməsi vacib olan il müalicə üsuludur. Alimlərin sğzlərinə görə, çox gülmək, qırıqlanmaq ürək problemindən azad edir, sağlam və uzun ömür vədd edir.