Ürək xəstəliyi riskini necə azaltmaq olar

Ürək xəstəliyi riskini necə azaltmaq olar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samford Universitetinin alimləri müəyyən ediblər ki, yerkökü həftədə üç dəfə qida rasionuna daxil etmək dəridə karotenoidlərin miqdarını xeyli artırır. Karotenoidlər ürək xəstəliyi və xərçəng riskini azaldır. Xatırladaq ki, karotenoidlər bir çox meyvə və tərəvəzə qırmızı, sarı və ya narıncı rəng verən fitonutrientlərdir. İnsan öz pəhrizində parlaq rəngli qidalardan istifadə etdikdə bu maddənin orqanizmdəki tərkibi artır. Karotenoidlər antioksidant müdafiəni tənzimləyir, dərinin vəziyyətini yaxşılaşdırır, immunitet sistemini gücləndirir.
Tribunainfo.az-ın məlumatına görə, tədqiqatlar müəyyən edib ki, yerkökü həftədə üç dəfə diyetə daxil etmək dəridə karotenoidlərin miqdarını artırmağa kömək edir. Yerkökü multivitaminlərlə birləşdirilərsə, karotenoidlərin təsiri daha da artır. Mütəxəssislər belə qənaətə gəliblər ki, orqanizmi qida maddələri ilə düzgün və bacarıqlı şəkildə təmin etmək onun sağlamlıq vəziyyətini əhəmiyyətli dərəcədə artırır, konkret hallarda isə ürək və onkoloji xəstəliklərə tutulma ehtimalını azaldır.