Ürək qüsuru olan körpə “Yeni Klinika”nın qapılarında qalıbbackend

Ürək qüsuru olan körpə “Yeni Klinika”nın qapılarında qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şikayətim “Yeni Klinika”dandır.
Artıq 3 aydan çoxdur ki, mən ora uşağı aparıb kor peşman da geri qayıdıram. Övladımın ürəyində problem var. kardioloq müayinəsi lazımdır. Mən heç cür balamı müayinədən keçirə bilmirəm.
Neçə dəfə getmişəm, növbə almışam, növbəm çatana yaxın deyiblər ki, limit dolub, xəstə qəbul etmir həkimlər”.

Tribuninfo.az xəbər verir ki, bu sözləri şikayətçi Bahar Mehtiyeva bildirib. O qeyd edib ki, səhər saat 12-də artıq həkim heç kəsi qəbul etmir:

“Bir dəfə də getdim, ümumiyyətlə, kardioloq yox idi. Bu gün yenə getdim pediatra növbə aldım, dedim, göndəriş verin kardioloqa. Dedi, qəbul etmir, xəstə limiti bitib.
İş də orasındadır ki, pediatr göndəriş verməmiş bir başa kardioloqa getmək olmur. Kardioloqun yanındakı xanımla əlaqə saxladıq ki, problemli uşaq var, həkim baxsın. Dedi ki, baxa bilmir, iş saatı bitib. Saat 12-nin yarısı idi. Qayıdıb deyir ki, səhər saat 6-da gəlsinlər növbə üçün.
Mən anlamıram, “Yeni Klinika”da çalışanlar saat 6-dan gəlirlər ora?!
Övladımı özələ aparmağa maddi durumum yoxdur. Dövlət xəstəxanaları da insanı süründürür.
“Yeni klinika”, sizin xoşunuza gəlir insanları əziyyətə salmaq?!
TƏBİB-ə də hər gedəndə şikayət edirəm, onlar da yola verir. Uşağın ürəyini exo etmək əməlli-başlı qlobal böyük bir problemə çevrilib!!”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar