İlk görüş hər kəs üçün maraqlı və həyəcanvericidir. Bu səbəblə ilk görüşü şansa buraxmamaq üçün hər ikinizin də zövq alacağı fərqli bir hadisə planlaşdırmaq vacibdir.
Tribunainfo.az NTV-yə istinadən ilk görüş üçün 5 uğurlu addımı təqdim edir:
1- KONSERT
İlk dəfə bir-birinizlə vaxt keçirəcəyiniz gün üçün əyləncəli alternativ axtarırsınızsa, konsertə getməyi seçə bilərsiniz. Xoş vaxt keçirə və musiqi dinləmək fürsəti əldə edə bilərsiniz.
2- SEMİNAR TƏDBİRİ
Tanışlıq zamanı ortaq bir maraq haqqında danışmısınızsa, bu barədə seminar tədbirində ilk görüşünüzü keçirə bilərsiniz.
3- UZUN GƏZİŞ
Çimərlikdə və ya meşədə gəzmək ilk görüş üçün yaxşı fikir ola bilər. Bu, şəhərin səs-küyündən uzaqlaşmağa və uzun söhbətlər aparmağa imkan verə bilər.
4- YENİ TƏAMLAR SINAYIN
İlk görüşünüzdə yeni bir yer və yeməklə tanış olmaq hər ikiniz üçün əyləncəli və xüsusi bir təcrübə olacaq.
5- MUZEY VƏ YA SƏRGİLƏRİ ZİYARƏT EDİN
Flört etdiyiniz insanla bir sərgiyə və ya muzeyə baş çəkmək bir-birinizin zövqlərini, perspektivlərini və fikirlərini daha yaxşı öyrənməyə imkan verəcək.