ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) gizliliyi ləğv edilən sənədləri internet üzərindən ictimaiyyətə açıqlayıb.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) gizliliyi ləğv edilən sənədləri internet üzərindən ictimaiyyətə açıqlayıb.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, Vyetnam və Koreya müharibələri, “soyuq müharibə” dövrü və UNO (Uçan naməlum Obyektlər) kimi mövzuları əhatə edən 11 milyondan çox MKİ sənədi ilə artıq internet üzərindən tanş olmaq mümkündür.
ABŞ-ın keçmiş prezidenti Bill Klintonun 1995-ci ildə verdiyi fərmanla 25 il və daha çox tarixi olan gizli sənədlərin ictimaiyyətə açıqlanmasına göstəriş verilmişdi. CİA bu fərmana uyğun olaraq gizli sənədləri ictimaiyyətə açıqlamışdı. Ancaq bu sənədləri əldə etmək üçün Merilenddəki Milli Arxivə gedərək bu məqsədlə ayrılan 4 kompüterdən istifadə etmək lazım idi.
Bu çətinliyə baxmayaraq jurnalist və araşdırmaçılar 1 milyondan çox sənədlə bu kompüterlərin köməyilə tanış olmuş və onları dərc etmişdilər.