“UNİVERSİTETLƏRİN GƏLİRLƏRDƏN MƏHRUM OLMASI… “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda “Təhsil haqqında” Qanuna ediləcək  yeni dəyişiklik bir neçə müddətdir ki, müzakirə olunur. Lakin hesab edirəm ki, təklif olunan dəyişiklik cari il üçün nəzərdə tutulmur”. 

“Azərbaycanda “Təhsil haqqında” Qanuna ediləcək  yeni dəyişiklik bir neçə müddətdir ki, müzakirə olunur. Lakin hesab edirəm ki, təklif olunan dəyişiklik cari il üçün nəzərdə tutulmur”.

Bu sözləri TİA .AZa qanuna ediləcək yeni dəyişikliyə münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, ilk növbədə 2017-2018-ci tədris ili üçün Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul üçün rəsmi qəbul başlayıb:

“Ali təhsil müəssisələrində belə bir hazırlıq qruplarının yaradılması ilə bağlı hazırlığı başlamayıb. İkinci tərəfdən isə, bu, heç də azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almağa getmələrinə mane olmayacaq. Ona görə ki, hazırlıq qruplarında təhsil alan tələbələr 1 ildən sonra yenidən qəbul imtahanlarında iştirak edəcəklər və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali məktəblərə qəbul olacaqlar. Çünki hazırlıq qruplarında təhsil almaq hansına hüquqi qüvvəyə malik deyil. Bu dünya təcrübəsində mövcud olan təcrübədir”.

Ekspert təklif edir ki, bu hazırlıq qruplarında təhsil alan tələbələr 1 il sonra qəbul imtahanlarında iştirak edib, həmən universitetlərə qəbul olsalar, yenidən birinci kursdan yox, ikinci kursdan dərsə başlamalıdırlar: “Bu addımın atılmasını zəruri edən amil kimi, son illər universitetlərə qəbulun aşağı düşməsi və universitetlərin gəlirlərdən məhrum olması olduğunu düşünürəm”.

Qeyd edək ki,  dəyişiklik Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq.

İlahə