Təhsil haqqının artırılması ilə bağlı hər hansı məsələ hazırda gündəmdə deyil.
Tribunainfo.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.
Onun sözlərinə görə, təhsil haqqı Nazirlər Kabinetinin müvafiq qərarı əsasında təsdiqlənir:
“Bu dəqiqə üçün, yeni təhsil mövsümünün də başladığı dövrdə bu məsələ ilə bağlı heç bir yeni məlumat yoxdur”.