Universitetlər kağız sənədlərdən imtina edir? – Yenilikbackend

Universitetlər kağız sənədlərdən imtina edir? – Yenilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün universitetlər qəbulla bağlı bu ildən başlayaraq kağız daşıyıcılardan və paralel qeydiyyatdan imtina etməlidir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə çıxış edən Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, son 3 ildə Elm və Təhsil Nazirliyi istənilən qeydiyyat prosesini mərkəzləşmiş qaydada portal.edu.az platforması üzərindən həyata keçirir:

“AzTU bu il ETN-nin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və İRİA ilə bir neçə dəfə işgüzar görüşlər keçirərək, qeydiyyatın portal.edu.az platforması üzərindən həyata keçirildiyi və lazımi məlumatların elektron qaydada universitetlərə verildiyini nəzərə alaraq paralel formada kağız daşıyıcıda sənəd tələb olunmayacağını bildirib.

Beləliklə, düşünürəm ki, bütün universitetlər bu ildən başlayaraq qəbul olan şəxslərdən kağız daşıyıcıda sənəd tələb etməməlidirlər.
Universitetlər üçün zəruri olan sənədləri və datalar ETN TSİİ-nin APİ servisləri vasitəsilə elektron formada universitetlərə təqdim edilir.
Düşünürəm ki, bütün universitetlərin qəbulla bağlı paralelçilikdən və kağız daşıyıcılardan imtinası ilə bağlı ETN TSİİ və İRİA-nın ortaq bir açıqlama verməsi ağlabatan və məntiqli olardı”.

Nigar