Universitet və kolleclərə qəbul üçün qabiliyyət imtahanına qeydiyyat başladıbackend

Universitet və kolleclərə qəbul üçün qabiliyyət imtahanına qeydiyyat başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul üçün qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 11 – 27 mayda bu link ( https://eservices.dim.gov.az/qabiliyyet) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Abituriyent təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətlərinin, hər hansı 1-i üzrə qeydiyyatdan keçə bilər. O cümlədən, abituriyent seçdiyi 1 istiqamətə aid ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ən çoxu 4 komissiyası üzrə qeydiyyatdan keçə bilər. İslamşünaslıq ixtisası üzrə Dini-Psixoloji Komissiyadan (DPK) qeydiyyatdan keçən abituriyentlər daha üç komissiya üzrə qeydiyyatdan keçə biləcəklər.

Yalnız tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 1 istiqamətə aid ən çoxu 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, buraxılış imtahanlarının (qəbul imtahanlarının) nəticələri iki il qüvvədə olduğu üçün ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtlərinə uyğun bal toplayan və xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd veriblərsə, qeydiyyatdan keçməlidirlər.

Cari ildə orta ixtisas təhsili müəssisələrini bitirib subbakalavr kimi Qabiliyyət İmtahanı Komissiyası (QİK) üzrə qeydiyyatdan keçmək istəyənlər 18-27 may tarixlərində  https://eservices.dim.gov.az/qabiliyyet linki vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) üzrə birinci imtahandan “məqbul” qiymət aldıqları təqdirdə qeydiyyatdan keçə biləcəklər. Bu imtahanının nəticəsinin mayın 23-dək elan olunması nəzərdə tutulur. İmtahan nəticəsi “qeyri məqbul” olan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 12 iyun 2022-ci il tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanına yazıla bilərlər. Həmin imtahandan “məqbul” qiymət alanlar DİM tərəfindən elan olunacaq tarixlərdə QİK-lər üzrə qeydiyyatdan keçə biləcəklər. Qeydiyyat yalnız Azərbaycan dili imtahanından məqbul qiymət almış abituriyentlər üçün açılacaq.

Musiqi sənəti istiqamətinin komissiyaları üzrə qeydiyyat­dan keçmək istəyən abituriyentlər (25, 26, 28, 31(gitara), 95 və 96-ci, 11 illik üzrə 4501,4502, 4504, 4505,4506,4507,4701,4702, 4704,4705,4706, 4102, 4106-cı komissiyalar istisna olmaqla) musiqi təhsili haqqında sənədə malik olmalıdırlar. Abituriyentlərin musiqi təhsili haqqında məlumatı (təhsil haqqında sənədin seriya və nömrəsi, bitirdiyi təhsil müəssisəsinin adı, bitirdiyi ixtisas və ya təhsil aldığı musiqi aləti) DİM tərəfindən yaradılan “Musiqi məktəbi-məzun” və ya “Tələbə-məzun” Dövlət Elektron Məlumat Sistemindən götürülür. Əgər abituriyent haqqında məlumat bu sistemdə yoxdursa, həmin abituriyent musiqi ixtisası üzrə bitirdiyi təhsil müəssisəsinə və ya DİM-ə müraciət etməlidir.

Musiqi üzrə xaricdə təhsil almış vətəndaşlar DİM-ə müraciət etməlidirlər. Bunun üçün həmin abituriyentlər musiqi təhsili haqqında sənədin əslini və surətini, şəxsiyyəti təsdiq edən sənədi DİM-ə şəxsən təqdim etməlidirlər.

Qeydiyyatdan keçmək üçün abituri­yent şəxsi kabine­ti­­nin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissi­ya­ların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabı­na əlavə etməlidir. “Azər­baycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahan­larının təşki­linin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haq­qında” Azərbaycan Respublikası Prezidenti­nin Sərən­­­­ca­mı­na əsasən, ali təhsil müəssisələrinə tələbə qəbu­lu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müra­ci­ət edən Azərbaycan Respublika­sı­nın vətəndaş­larının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.

Müsabiqədə iştirak ödənişlidir. Lakin “Azərbaycan Respub­lika­sında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına dəyişikliyə əsasən aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

– şəhid ailəsinin üzvləri;

– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

– məcburi köçkün statusu olan şəxslər;

– I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Memarlıq və İslamşünaslıq ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat tarixləri haqqında məlumatı yaxın günlərdə əldə edə biləcəklər.

2022/2023-cü tədris ili üçün xüsusi qabiliyyət tələb edənixtisaslar üzrə müsabiqə şərtləri