“UNİVERSAL-RA” ölkədən pul çıxardığı üçün cərimələnəcək

“UNİVERSAL-RA” ölkədən pul çıxardığı üçün cərimələnəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minatəmizləmə Agentliyinin (ANAMA) ötən il “Minaaxtaran itlər üçün quru yemlərin satın alınması” kateqoriyası üzrə 181.017,9 manatlıq satınalma müqaviləsi bağladığı “UNİVERSAL-RA” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

Tribunainfo.az xəbər verir ki, “Universal-RA” MMC-nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinı əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb.

Xatırladaq ki, Minatəmizləmə Agentliyi (ANAMA) ötən ilin avqust ayında “Minaaxtaran itlər üçün quru yemlərin satın alınması” kateqoriyası üzrə “UNİVERSAL-RA” MMC ilə satınalma müqaviləsi bağlamışdı. Müqaviləyə əsasən Agentlik MMC-yə 181.017,9 manatlıq it yemi sifariş etmişdi.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən