Krım körpüsünün dayaqlarının sualtı hissəsi dib səviyyəsində ciddi şəkildə zədələnib.
Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, körpünün sualtı hissəsi partladılıb .
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Krım körpüsünün sualtı hissəsində partlayış həyata keçirib. SBU-nun məlumatına görə, bu hücumdan sonra körpü qəza vəziyyətindədir.
Bildirilib ki, əməliyyat bir neçə ay davam edib. Xüsusilə, Rusiya tərəfindən qanunsuz şəkildə inşa olunmuş körpünün dayaqları SBU agentləri tərəfindən minalanıb. Nəticədə bu gün, 3 iyun tarixində, saat 04:44-də, mülki əhali arasında itki olmadan, ilk partlayıcı qurğu işə salınıb.
SBU-nun məlumatına əsasən, partlayış nəticəsində körpünün sualtı dayaqları dib səviyyəsində ciddi zədələnib. Partlayış gücü 1100 kiloqram trotil ekvivalentində olub. Bu səbəbdən körpü hazırda qəza vəziyyətindədir.
Əməliyyata SBU-nun rəhbəri, general-leytenant Vasili Malyuk şəxsən nəzarət edib və onun planlaşdırılmasını koordinasiya edib.
SBU rəhbəri qeyd edib ki, işğalın istənilən forması sərt cavabla qarşılaşacaq / foto – SBU
Malyukun sözlərinə görə:
“Tanrı üçlüyü sevir, SBU isə başladığı işi sona çatdırır və heç vaxt təkrarlanmır. Daha əvvəl 2022 və 2023-cü illərdə Krım körpüsünü iki dəfə vurmuşduq. Bu gün isə bu ənənəni sualtı üsulla davam etdirdik. Rusiya Federasiyasının heç bir qanunsuz obyektinə dövlətimizin ərazisində yer yoxdur. Krım körpüsü tamamilə qanuni hədəfdir, xüsusilə də düşmənin onu ordusunu təmin etmək üçün logistik arteriya kimi istifadə etdiyini nəzərə alsaq. Krım – Ukraynadır və işğalın istənilən təzahürünə sərt cavab veriləcək.”
İmran Kərimli