UNICEF-in yeni rəhbəri məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı Henrietta For BMT-nin Uşaq Fondu (UNICEF) rəhbəri vəzifəsində Entoni Leyki əvəzləyəcək.

Oxu.Az-ın xəbərinə görə, bu barədə təşkilatın yaydığı məlumatda bildirilir.

H.Forun 2018-ci il, yanvarın 1-dən etibarən səlahiyyətlərinin icrasına başlayacağı gözlənilir.

Daha öncəl Henrietta For ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Dövlət Departamentinin müxtəlif bölmələrində çalışıb, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edib.

For həmçinin “Holsman International” şirkətinin direktorlar şurasının sədri və baş direktoru vəzifələrini də icra edib.