“Unibank” müştərisi şikayətçidir: “Pulumuzu mənimsəyirlər”

“Unibank” müştərisi şikayətçidir: “Pulumuzu mənimsəyirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Unibank” müştərisi Sevinc Yusifova bankdan, onun xidmətlərindən və əməkdaşlarının kobudluğundan narazılığını bildirir.

Tribunainfo.az yazır ki, şikayətçinin sözlərinə görə, “Unibank” əməkdaşları müştəri ilə davranış qaydasını belə bilmir:

““Unibank”, işçilərinizə müştəriyə düzgün və dolğun məlumat verməyi və ən əsası danışıq qaydalarını öyrədin. Biri danışdığım yerdə dəstəyi asır, o biri yüksək tonla danışır. Kartdan düzgün istifadəni izah edə bilmirlər. Kartımdan faiz tutur, lakin o faiz heç bir yerdə əks olunmur. Səbəbi məlum deyil. Bəlkə Mərkəzi Bank yolu ilə aydınlaşdırılar ki nə haqla vətandaşın vəsaitin mənimsəyirsiniz”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar