“Unibank” müştərilərini “aşağı faizli” kredit adı ilə aldadır?backend

“Unibank” müştərilərini “aşağı faizli” kredit adı ilə aldadır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Unibank” müştəriləri bankın seçilmiş müştərilər üçün nəzərdə tutulmuş aşağı faizli kredit təklifindən boğaza yığılıb.

Tribunainfo.az xəbər verir ki, belə müştərilərdən biri də Ülkər Hüseynlidir. O, bildirib ki, bank müştəriləri bu yolla aldadır, əslində isə kredit heç də aşağı faizlə verilmir:

“Bankın əməkdaşları üçüncü dəfədir zəng edir ki, seçilmiş müştərisiniz, kampaniyadır, aşağı faizlə kredit veririk. Hazırda kredit 27 faizdedi. 3-cü kreditdir. Əvvəl 22% -də idi. Krediti götürməyə mən getməmişəm deyə, bank əməkdaşı gedən şəxsin məlumatsızlığından istifadə edib yuxarı faizlə verib. İndi də gün aşırı yığırlar ki, gəlin 29% yeniləyək, kampaniyadır. FİFD maksimal dərəcəsi kampaniyadır? Bir az insaf da. Qarşınızdakı insanın riyazi məlumatı yoxdur deyə mütləq dolamalısınız. Kampaniya haradadır burad? 29 faizdi kampaniya?”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Roman