“Unibank” müştəriləri narazıdır- “Kartlarını atın”backend

“Unibank” müştəriləri narazıdır- “Kartlarını atın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Unibank” müştəriləri banklarının xidmətlərindən narazılıqlarını bildirirlər. Müştərilər bildirir ki, bank xəbərdarlıq etmədən bəzi xidmətləri dayandırır.Tribunainfo.az xəbər verir ki, bank müştərisi Raul Usubov bildirib ki, “Unibank” kartlarının tamamında avqust ayının 1-dən etibarən keşbek hesablanması dayandırılıb.

Bankın digər müştərisi Murad İsayev isə bildirib ki, “Unibank” debet kartlarında özbaşına qərar verərək 20 və 50 manatlıq limit açıb:

“Guya müştərilərin yaxşılığı üçün ediblər. Hər ehtimal yenə də diqqətli olun. Mən dəfələrlə zəng edəndən sonra bu limiti ləğv etməyi bacardım”.

Müştəri Elmar Məmmədov isə təklif edir ki, bu bankın kartlarını işlətməyin:

“”Unibank” kartlarını işlətməyin, atın getsin, mənim kimi”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Roman