Təəssüf ki, “Unibank” özünü doğrultmur. Minimum 2-3 ildir ki, bu bankın aplikasiyasına bank kartı əlavə etmək olmur. Hələ əlavə olaraq da taksitlə alış-veriş zamanı ödədidiyin taksitləri və qalan borcları ayrı-ayrılıqda da görə bilmirsən.
Tribunainfo.az yazır ki, bu durumdan şikayətçi olan bank müştərisi Rüfət bayramlıdır. O bildirib ki, “Unibank”ın operatorları hər dəfə “şikayətiniz qeyd alındı” deyib, adamı yola verirlər:
“Milyonlarla müştərisi olan bir bank həqiqətən hörmətsizlik edir. Taksiti ödəyib kartınızı rədd edəcəm. Çünki məsuliyyətsiz və yalançı banksınız. Yəqin ki, məqsədiniz taksit zamanı müştəriyə əlavə olaraq 5-10 manat yükləməkdir. Yoxsa bir bank niyə belə eləsin ki?”.