“Unibank”ı cərimələdilər

“Unibank”ı cərimələdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Unibank” yol verdiyi nöqsana barəsində icraat başladılıb.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, bank İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsinin tələbini pozub.

Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Bankla bağlı başladılmış işə 12 mart tarixində Nəsimi Rayon Məhkəməsində Anar İbadzadənin sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar