“Unibank” əməkdaşları banka borcu olanları belə təhqir edir – FAKT

“Unibank” əməkdaşları banka borcu olanları belə təhqir edir – FAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Unibank”ın əməkdaşları banka kredit borcu və ya gecikməsi olan şəxslərlə hədə-qorxu dilində danışır. Bu problemlə bank müştərisi olan İlkin İsmayılov üzləşib.

Tribunainfo.az xəbər verir ki, banka olan borcunu bir neçə aydın döəyə bilməyən və bu barədə də bankı məlumatlandıran İ.İsmayılova bankın Fərid adlı müştərisi hədə qorxu gələrək onu təhqir edib. Şikayətçi bu barədə sosial şəbəkə hesabında yazıb:

“14.05.2024-cü il tarixdə saat 15:10 radələrində mənim mobil nömrəmə 055 515 48 13 nömrəsindən zəng gəldi. Telefona cavab verirəm və dialoqu olduğu kimi təqdim edirəm:
Fərid: Salam İlkindir danışan?
Mən: Salam bəli, kim idi?
Fərid: Unibankdan zəng etmişəm, sənə neçə dəfə zəng edirəm zənglərimə cavab vermirsən.
Mən: qardaş keçən ay danışdım da sizlə, sizin bir əməkdaşınız mənə zəng etmişdi.
Fərid: yalan deyirsən, neçə aydır sənə zəng edirəm cavab vermirsən, 184 gün gecikmən var ödəmirsən, ola bilsin başqa əməkdaş zəng edib sənə.
Mən: qardaş keçən ay bu nömrədən zəng gəldi danışdım vəziyyəti başa saldım əməkdaşa. Bildirdim ki, səhhətimdə problemlə əlaqədar neçə aydır xəstəxanalardayam və keçən ay da əməliyyat olmuşam. Özümdə xəstəyəm, imkanım da yoxdur sizin ödənişi edim. Ona görə də verin məhkəməyə problem deyil, məhkəmə maaşıma yönləndirsin hər ay maaşımdan tutular.
Fərid: gözlə baxım, hə danışmısan, verin məhkəməyə ailə problemlərin var, boşanmısan aliment falan ödəyirsən, verin məhkəməyə. Gülərək sən xoşbəxt insansan ki sənin işin məhkəmələrdədir.
Mən: sən məni təhqir edirsən? Başa düşmədim sən təhqir edirsən məni?
Fərid: mən səni təhqir etmədim.
Mən: sən ironiya və ələ salaraq o sözü mənə işlətdin. Təhqir deyilsə o zaman hansı mənada söylədin?
Fərid: sən o sözü təhqir kimi qəbul elədinsə elə o təhqirə layiqsən.
Mən: sənə kim ixtiyar verib müştəri ilə belə danışırsan? Sən kimsən? Özünü təqdim elə görüm. Alo, eşidirsən məni? (qarşı tərəf telefonda məni ələ salıb başqa səs çıxarır və gülür). Alo…
Fərid: adım Fərid, neynirsən adımı? Sənə deyirəm niyə ödənişi etmirsən?
Mən: qardaş sən kimsən mənimlə belə tərzdə danışırsan? Sənə kim ixtiyar verib?
Fərid: sən yaxşı oğlan olsaydın söz verib sözünün üstündə durardın. Dekabr ayında söz vermisən ki, gətirib ödəyəcəm, amma kişi kimi sözünün üstündə durmadın.
Mən: ay qardaş, mən də deyirəm problemlərim oldu, ona görə ödəmədim. Belə də verin məhkəməyə ödəmirəm, məhkəmə alsın ödənişləri məndən.
Fərid: narahat olma, məhkəməyə verəcəyik. Sənin oğlanlığın olsaydı, sözünün üstündə durardın.
Mən: yerini denən gəlirəm, sənə oğlanlığımı sübut edəcəm. Sumqayıtdakı filialdasan? Gəlirəm, kişisənsə çıx üzbəüz mənlə söhbət elə.
Fərid: mən yer kürəsində otururam. Baş ofisdə otururam gəl, gəlməyənə mən yaxşı söz deyəcəm. Gəl üzümə denən sözünü. Sənin kişiliyin çatmaz üzümə nəsə deyəsən. Sənə bir iki kəlmə söz deyərdim…
Mən: denən səs yazını məhkəmədə verim səni süründürüm, yalvararsan mənə, üzr istəyərsən məndən.
Fərid: bir iki kəlmə deyəcəkdim elə bu hərəkətinə görə demirəm sənə heç nə. Sən məni məcbur edirsən, amma mən sənə heç nə deməyəcəm.
Mən: mən sənlə görüşüb söhbət edəcəm, görüm telefondakı kimi realda belə şir olacaqsan?
Telefonu söndürdüm. Deməyim budur ki, “Unibank” öz içlərində “LOTU”lar yetişdirib müştərilərinin üstünə salırlar. Amma bizim kimi müştərilər o “LOTU”ların iş ünvanına gedəndə həmin telefon şirləri qorxularından çölə çıxmırlar və müdürlərini irəli verib üzr istədirlər. Mən bu barədə Mərkəzi Banka və president.az saytında cənab Prezidentimizə bankların fəaliyyəti ilə bağlı bölümündə bu şikayətimi bildirdim. Əminəmki həmin əməkdaş tutduğu vəzifədən azad ediləcək və mənə geri dönüş edərək məndən üzr istəyəcək”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağ hazırıq.

Roman