Növbəti ilin əvvəlində Azərbaycanda daha 10 bank fəaliyyətini dayandıracaq. Ehtimallara görə, 2017-ci ildə bağlanan banklar sırasında ilk pillələrdə Unibank və Bank Respublika dayanır.
Növbəti ilin əvvəlində Azərbaycanda daha 10 bank fəaliyyətini dayandıracaq. Ehtimallara görə, 2017-ci ildə bağlanan banklar sırasında ilk pillələrdə Unibank və Bank Respublika dayanır.
Son zamanlar böyük səs-küyə səbəb olan Unibank depoztilərini qaytara bilmir. Verdiyi krediti geri almaq üçün kreditorlara qarşı istənilən hədə-qorxuya əl atıb.
Devalvasiyadan sonra manatla olan kreditin dollarla ödənməsini tələb edən Unibank məhkəmə qərarlarına da məhəl qoymur.
Məhkəmənin yekun qərarına görə, şəxs imkanı çatmadığı üçün ayda 20 manat banka pul ödəməli olduğu halda, Unibank öncəki aylıq ödənişi tələb edir.
Bütün nüanslar bankın fəaliyyətini qura bilməməsini göstərir. Əlbəttə, bir bank fəaliyyətini qura bilmirsə, bu zaman onun bağlanması da labüd olur.
Ya bağlanmalı, ya da ki, digər banka birləşdirilməlidir.
İqtisadçı Vüqar Bayramov növbəti ilin əvvəlində daha bir bankın bağlanacağı ilə bağlı proqnozu təsdiqləyib. V.Bayramov adını çəkmədiyi bankla bağlı əsasən depozitlərin geri alınmasında çətinliklərin olduğunu deyib: “Vətəndaş bankdan depoziti geri ala bilmirsə, bu, bankın fəaliyyətindəki əsas problemlərdən biridir. Bu səbəbdən həmin bank fəaliyyətini tam həyata keçirə bilmir.
Bankın legitimliyi olduqca aşağıdır. Ya həmin bank bağlanacaq, ya da digər banka birləşdirilərək vətəndaşlara depozitlər geri qaytarılacaq”.
İqtisadçının sözlərinə görə, ilin sonunadək hər hansı bankın bağlanma ehtimalı yoxdur.
Nigar Məhərrəm