“Unibank” 6 nəfəri yaşadığı mənzildən çıxarmaq üçün məhkəməyə müraciət edib.
Tribunainfo.az xəbər verir ki, bank Şabiyev Elmar, Həmidli Elşən, Həmidli Nuray, Həmidova Sevinc, Sultanova Mixək, Həmidov Həmzə ilə bağlı iddia qaldırıb.
İşin mahiyyəti mənzil mübahisəsidir. Bank adı çəkilən şəxslərin yaşadıqları mənzildən istifadə hüquqlarına xitam verilməsini tələb edir.
İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 26 avqust tarixində hakim Günay Axundovanın sədrliyi ilə işə baxılacaq.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar