Ümrə ziyarəti qadağan edildi – Həccə getməklə bağlı hələ qərar verilməyib

Ümrə ziyarəti qadağan edildi – Həccə getməklə bağlı hələ qərar verilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı müqəddəs Məkkə şəhərinə Ümrə ziyarətini öz vətəndaşları üçün də qadağan edib. Səbəb, Yaxın Şərqdə koronavirusun getdikcə daha sürətlə yayılmasıdır.

“Koronovirusun monitorinqini aparan komitənin tövsiyələrinə əsasən, krallıq vətəndaşları və rezidentləri üçün Ümrə ziyarəti təxirə salınır”, – SPA dövlət xəbər agentliyi martın 4-də Daxili İşlər Nazirliyindəki rəsmi mənbəyə əsasən xəbər verib.

Səudiyyə rəsmiləri fevralın 27-də əcnəbi vətəndaşlar üçün Ümrə ziyarətini, eləcə də Mədinədəki Peyğəmbər Məscidinə ziyarəti təxirə salmışdı. Hər il Ümrə ziyarətinə onminlərlə müsəlman qatılır. Məkkəyə bu ziyarət Həccdən fərqli olaraq, ilin istənilən vaxtı gerçəkləşə bilər.

Səudiyyə Ərəbistanında COVID-19 virusuna iki yoluxma halı açıqlanıb. Yaxın Şərqdə virusun ən çox yayıldığı ölkə İrandır.

Səudiyyə vətəndaşlarının və rezidentlərinin Məkkə və Mədinəyə getməsinə icazə veriləcək, ancaq bir şərtlə ki Ümrə ziyarəti məqsədilə getməsinlər.

İndilik, Həcc ziyarəti ilə bağlı qərar verilməyib. Hər il Həcc ziyarətinə milyonlarla müsəlman gedir. Bu il Həcc iyulun axırı, avqustun əvvəlinə düşür.