Sumqayıt şəhərində fəaliyyət göstərən “Ümid Klinikası” ilə bağlı cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, klinikada aparılan yoxlama zamanı bəzi nöqsanlar aşkarlanıb. Məlum olub ki, klinika İnzibati Xətalar Məcəlləsinin sağlamlıq qaydaları əleyhinə olan 215.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Klinika ilə bağlı iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. 14 fevral tarixində hakim Rəşadət Ağayevin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, son günlər özəl klinikalarda fəaliyyət göstərən həkimlərin lisenziyasının olub-olmaması ilə bağlı araşdırma və yoxlamalar aparılır. 10-dan çox klinikanın həkiminin lisensiyası ləğv edilib.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar