“Umico”dan sifariş verdiyimiz məhsul ölkə ərazisində neçə gün sonra çatdırılma edirlər. Xaricdən sifariş verəndə məhsul daha tez çatır. Sonra da deyirlər, niyə hamı xaricdən sifariş verir. Belə yarıtmazlıqlara görə.
Tribunainfo.az yazır ki, bu barədə şikayətçi Vüsal İbrahimli yazıb. O bildirib ki, “Umico”dan məhsul sifariş verib. çatdırılma dünən üçün nəzərdə tutulsa da, bildiriblər ki, sabah çatdırılacaq:
“Şikayətim “Umico”dandır. Dünən məhsul sifariş vermişəm və pulunu da online ödəmişəm. Qeyd etdilər ki, çatdırılma bu günədir(10 dekabr tarixinə). Bugün isə yazıblar ki, çatdırılma 12 dekabrda olacaq. Bildirirəm ki, məhsul mənə təcili bu gün lazımdır, gəlim lap özüm götürüm, ona da razı olmurlar. Sonra da deyirlər ki, yerli bazar ölüb, hamı “Trendyol”dan sifariş edir. Edəcək də. Xarici sifariş saytları sifarişi başqa ölkədən sizdən də tez çatdırır. Bir az inkişaf etmək lazımdır, inkişaf”.