“Umico” (indiki adı ilə “Birmarket”) saxta məhsullar satır.
Tribunainfo.az xəbər verir ki, bu barədə sözügedən marketdən sifariş verən müştəri Əli Şamilov sosial şəbəkədə yazıb. O bildirib ki, sifariş verdiyi məhsulun üst qabığını soyanda aldadıldığını başa düşüb:
“”Umico”dan Duracell batareya sifariş etmişəm, gətiriblər. Amma nəsə şübhəli gəldi mənə. Çünki batareyalar orjinal kimi deyildi və təsadüfən gördüm ki, batareyanın üstündə 2-ci üzlük var. Soydum və bu da nəticə. Vallah, ayıbdır. Haramçılıqla satış etməzlər. Bu nə sizin kimi şirkətə yaraşır, nə də bizim millətə. Hə, bununla nə oldu, büdcəniz 1 milyon manat artım etdi?!
Ayıb olsun sizə!!!”.
Qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq.
Gülşən Rəsul