Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Ülvi Mirzəyev Səhiyyə naziri Oqtay Şirəliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. Bununla bağlı özəl informasiya TİA.az-a Səhiyyə Nazirliyindəki mənbələrdən daxil olub. Xatırladaq ki, ABŞ-da təhsil alan Ü.Mirzəyev Azərbaycanın tanınmış ürək cərrahlarındandır. Türkiyənin məşhur “Hacettepe” Universitetində Səhiyyənin təşkili və idarəçiliyi üzrə ikinci təhsil alıb. Ötən ilin yayında Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru təyin edilib.
Azər Niftiyev, TİA.az