“Abzas media”-nın direktoru Ülvi Həsənli və həmin strukturun baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti uzadılıb.
“Report” xəbər verir ki, qərarlar Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən proseslərdə qəbul olunub.
Qərarlara əsasən, onların hər biri barəsində olan həbs qətimkan tədbiri daha 2 ay 29 gün uzadılıb.
Qeyd edək ki, ötən il noyabrın 20-də Ü.Həsənli barədə 4 aylıq, Sevinc Vaqifqızı barəsində isə 3 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilmişdi.
Hər ikisi Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinirlər.