“Ultel” Nərimanov İH-i məhkəməyə verdibackend

“Ultel” Nərimanov İH-i məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərimanov rayon İcra Hakimiyyəti ilə bağlı məhkəmədə növbəti iş qaldlrılıb.

Tribunainfo.az xəbər verir ki, icra hakimiyyəti ilə bağlı məhkəmədə iddianı “Ultel” MMC qaldırıb. prosesdə maraqlı tərəf kimiQəribov Zöhrab Fərhad oğlu da iştirak edir. İşin mahiyyəti inzibati orqanın aktları hərəkətləri ilə əlaqədar mübahisədir. İnternet şəbəkəsi olan “Ultel” qeyri-yaşayış sahəsi üzrə yaranmış problem səbəbindən icra hakimiyyətini məhkəməyə verib.

İş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilib. 28 oktyabr tarixində hakim Orxan Həsənovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, Nərimanov rayon icra hakimiyyətinin başçısı Həbibullayev Elgin Şirin oğludur. İcra hakimiyyəti ilə bağlı məhkəməyə müraciət edən “Ultel” MMC-nin baş direktoru isə İlqar Nəhmədovdur. O, ABŞ-nin İllinoys Texnologiyalar İnstitutunun və Harvard Biznes Məktəbinin məzunudur.

Tərəfləri dinləməyə hazırıq.

Nigar İxtiyarqızı