backend

“Ulduzum” abunəçiləri üçün yeniik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə Ulduzum sadiqlik proqramının yeni tərəfdaşı “Bank Silk Way” bankını təqdim edir. 

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə Ulduzum sadiqlik proqramının yeni tərəfdaşı “Bank Silk Way” bankını təqdim edir.

Bundan sonra Ulduzum abunəçiləri pulsuz aviabiletlər əldə etmək imkanı yaradan Bank Silk Way Miles kartını aldıqları zaman 20% endirimdən faydalana biləcəklər. Kartı “Bank Silk Way”-in Bakı şəhəri, Həsən Əliyev küç. 131A ünvanında yerləşən baş ofisindən əldə etmək olar. Kartı aldıqda 20% endirim əldə etmək üçün Ulduzum Premium abunəçisi 5555 qısa nömrəsinə SMS-lə “*” göndərməklə aldığı 4 rəqəmli şifrəni təqdim etməlidir.

“Ulduzum” proqramına qoşulmaq üçün “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq kifayətdir.

Qeyd edək ki, 2.2 milyon nəfərdən çox abunəçisi və 200-dən çox tərəfdaşı olan Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və Ulduzum proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda da ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.

Ulduzum proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilmiş Bakcell Ulduzum mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) www.ulduzum.az keçidindən istifadə edərək yükləmək olar. Bu tətbiqetməni yükləməklə abunəçilər tərəfdaşların tam siyahısına və endirim faizlərinə, xəritədə onlara yaxın olan tərəfdaşlara və öz istifadə tarixçəsinə asan keçid əldə edə bilərlər.