“Napoli”nin ulduz futbolçusu Kevin De Brüyne uzunmüddətli sıradan çıxıb.
“İnter”lə matçda zədələnən belçikalı yarımmüdafiəçi 3 ay meydanlardan uzaq qalacaq.
Bu barədə Neapol təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Napoli” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir. Bu komandalar noyabrın 26-da üz-üzə gələcək. De Brüyne bu görüşdə iştirak edə bilməyəcək.
O, bu yay azad agent kimi İtaliya klubuna qoşulub. O, burada 11 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib. (Offsideplus.az)










