Ulduz falı: Müsbət dönüşlərə hazır olun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

QOÇ – Pul məsələlərində kifayət qədər ehtiyatlı olun
 

QOÇ – Pul məsələlərində kifayət qədər ehtiyatlı olun. Çünki göstərilən sahədə dələduzlarla rastlaşma ehtimalınız var. Kiməsə borc vermək və ya almaq fikrindən uzaq olun. Səfərə çıxmayın.

BUĞA – Bəlkə də bu ayın ən uğurlu gününü yaşayacaqsınız. Ətrafınızda cərəyan edən bütün proseslər zövqünüzə uyğun olacaq. Hətta ağlınıza gətirmədiyiniz istiqamətdən təkliflər də ala bilərsiniz.

ƏKİZLƏR – Bu gün təmasda olduğunuz insanların qayğısına qalmağa çalışın. Onların problemlərinin öhdəsindən gələ bilərsinizsə, tələsin. Qoy bu addımınız Tanrı yanında savablarınızı artırsın.

XƏRÇƏNG – Təxminən saat 16-ya qədər ümumi işlərinizdə gərginlik hökm sürəcək. Kənar təsirlərdən maksimum yayınmağa çalışın. Əks təqdirdə nəzərdə tutduğunuz ədalətli işlər pozulacaq.

ŞİR – Müxtəlif yeniliklərlə zəngin olan bu gözəl təqvim sizə sevinc gətirəcək. Hansısa xoşagəlməzlik və ya konflikt barədə isə düşünməyə dəyməz. Qərarlarınızda qəti olun. Riskdən qorxmayın.

QIZ – Qarşılıqlı anlaşma üçün olduqca əhəmiyyətli vaxtdır. İşgüzar sövdələşmələr aparmaq, müqavilələr bağlamaq istəyirsinizsə, boş dayanmayın. Yarımçıq işlərinizi yoluna qoyun.

TƏRƏZİ – Astroloji göstəricilər ixtiyarınızda olan bu təqvimi rahat tərzdə başa vuracağınızdan xəbər verir. Şəxsi büdcənizdə müəyyən artımlar da mümkündür. Axşama yaxın qonaq getməyə dəyər.

ƏQRƏB – Gün ərzində mənfi yüklü Ay bürcünüzdə qərar tutduğundan daxili gərginliyiniz arta bilər. Lakin özünüzdə təpər tapıb mübahisələrdən yayınmalı, yalnız adi işlərin həlli ilə məşğul olmalısınız.

OXATAN – Bəxtinizdə həddindən ziyadə uğurlu təqvim durur. Ötən ongünlükdə icra edə bilmədiyiniz işlərinizi məhz bu gündən başlayaraq yoluna qoya bilərsiniz. Böyük dəstək alacağınız da mümkündür.

OĞLAQ – Ulduzların düzümü sevindirici xəbərlər eşidəcəyinizi bəyan edir. Ola bilsin ki, uzaqda yaşayan doğmalarınızla bağlı hansısa könülaçan hadisə baş versin. Odur ki, əlaqə saxlayın.

SUTÖKƏN – Fəaliyyət zəminində müsbət dönüşlərə hazır olun. Həmkar və rəhbərlərinizlə münasibətləri mülayimləşdirin. Nahar ərəfəsində hansısa sürprizin şahidi olacağınız da gözlənilir.

BALIQLAR – Qarşınızda duran gün daha çox şəxsi büdcənizin tənzimlənməsində əhəmiyyətli rol oynayacaq. Odur ki, ayın sonuna qədər maddi durumunuzu qənaətbəxş edəcək bu prosesə indidən başlamalısınız.