Türkiyənin məşhur və gözəl aktrisası Beren Saat aparıcı Mirgün Cabasa müsahibə verib. O müsahibəsində sosial şəbəkələrdən bir qədər uzaq qalmasına, çox paylaşımlar etməməsinə də aydınlıq gətirib.
Tribunainfo.az yazır ki, aktrisa qeyd edib ki, o da öz normal həyatını yaşayır, əylənir, partilərə gedir. Ancaq getdiyi yerlərdən, əyləncələrdən çəkil paylaşmağa utandığını bildirib. B.Saat əlavə edib ki, bu qədər çətinlik içində yaşayan, acı çəkən insan varkən mən əylənərkən şəkil paylaşa bilmərəm:
“Əlbəttə, mən də qonaqlıqlara, ad günü partilərinə gedirəm, əylənirəm. Ancaq həyatın digər üzü, tərəfi də var. Əylənə bilməyən, nə çətinliklər görmüş, hələ də o günləri unuda bilməyənlər var. Belə insanlar varkən mən əyləncəli şəkillər paylaşa bilmərəm. Buna utanıram.Məhz buna görə sosial şəbəkədən uzaq durmağa çalışıram. Indi o qədər insan dərd çəkir ki…”.