Ulduz aktrisa 61 yaşlı milyarderlə bir arada…

Ulduz aktrisa 61 yaşlı milyarderlə bir arada…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ulduz aktrisa Salma Hayek təkcə Sevgililər Gününü deyil, həm də milyarder iş adamı Fransua-Henri Pino ilə evliliyinin 15-ci ildönümünü qeyd edib. Tribunainfo.az bildirir ki, 57 yaşlı aktrisa və sərvəti 7 milyard dollar olan 61 yaşlı Kerrinq CEO 2007-ci ilin martında nişanlanıb.
Təxminən iki il nişanlandıqdan sonra 2009-cu il fevralın 14-də Parisdə evləniblər və cəmi bir neçə ay sonra İtaliyada andlarını təzələyiblər.
Salma İnstaqramda ağ-qara fotosunu paylaşaraq Pinaultu sevdiyini bildirib. “18 il birlikdə və 15 illik evlilikdən sonra səni sevmək hələ də asan və əyləncəlidir. Yubileyiniz mübarək sevgilim”, – deyə Hayek öz paylaşımında yazıb.

Dəniz Pənahova