“İndiyə qədər Ukraynaya Avropa ölkələri tərəfindən 1 milyon ədəd artilleriya mərmisi verilib”.
Tribunainfo.az xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski açıqlayıb.
O bildirib ki, ilin sonuna kimi təşəbbüsdə iştirak edən 16 ölkə Ukraynaya ümumilikdə 1,8 milyon mərmi çatdırmağı planlaşdırır. “Sursat tədarükü təşəbbüsümüz sayəsində biz rus artilleriyasının döyüş meydanında üstünlüyünü 5 dəfə azaltmağa və Ukrayna cəbhə xəttinin saxlanmasına töhfə verməyə nail olduq”.
Fərda Uğur