“UKRAYNAYA DƏSTƏK ZAMANLA ZƏİFLƏYƏCƏK” – BAYDEN

“UKRAYNAYA DƏSTƏK ZAMANLA ZƏİFLƏYƏCƏK” – BAYDEN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna ilə bağlı öhdəliyimiz zəifləməyəcək, biz bu gün, sabah, nə qədər lazımdırsa, azadlığı müdafiə edəcəyik”.

Tribunainfo.az-ın məlumatına görə, bunu ABŞ prezidenti Co Bayden NATO sammitindən sonra Vilnüs Universitetinin həyətində çıxışı zamanı deyib.

“ABŞ Ukraynanın həm indi, həm də gələcəkdə özünü müdafiə etməsini təmin etmək üçün 50-dən çox ştatdan ibarət koalisiya yaradıb”, – deyə Bayden bildirib.

O, həmçinin vurğulayıb ki, Ukrayna münaqişəsi ədalətli şərtlərlə həll edilməlidir. “Suverenlik, ərazi bütövlüyü – bunlar xalqlar arasında dinc münasibətlərin dayandığı iki sütundur”, – ABŞ prezidenti bildirib.

Bayden çıxışı zamanı bildirib ki, Rusiya prezidenti Vladimir Putin Rusiya qoşunlarının Ukraynaya müdaxiləsindən sonra NATO-nun dağılacağını gözləyirdi. Onun sözlərinə görə, Putin inanırdı ki, birliyimiz ilk sınaqda dağılacaq və demokratik liderlər zəif olacaq. Lakin o, səhv etdi.