Ukraynaya atılan 480 raketin 70-i Belarusdan buraxılıbbackend

Ukraynaya atılan 480 raketin 70-i Belarusdan buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ərazisinə atılan 480 raketin 70-i Belarusdan buraxılıb. Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Ukrayna ərazisinə gətirdiyi mobil buraxılış qurğularından 230 raket, Rusiya ərazisindən 160, Belarusdan 70 və Qara dənizdəki Rusiya gəmilərindən 10 raket buraxılıb.

“Biz şimal və şərqdəki şəhərlərin, yəni Kiyev, Çerniqov və Xarkovun güclü bombardmanını müşahidə edirik. Biz hesab edirik ki, hələ də Rusiya qüvvələri şimalda toplanıb”, – məlumatda deyilir. //virtualaz.org//