Ukraynanın yer üzündən silinmiş kəndi – VİDEObackend

Ukraynanın yer üzündən silinmiş kəndi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkov vilayətinin Vovçansk rayonu ərazisində yerləşən Bayrak kəndi müharibənin ilk günlərində strateji əhəmiyyət daşıyıb. Bura savaşa qədər təbii zənginliyi, məhsuldar təsərrüfat və gur həyat tərzinə görə Xarkov vilayətində seçilən kəndlərdən olub.

Müharibənin ilk günlərindən, xüsusilə mart ayından etibarən Rusiya Ordusunun Xarkov vilayəti istiqamətində güclü artilleriya hücumu nəticəsində xarabalığa çevrilib. Əhalinin sağ qalan hissəsi Ukraynanın arxa cəbhədə müxtəlif yerlərinə, yaxud Avropaya köçüb.

“Bu kənddə Rusiyanın hücumuna qədər 1000 sakin yaşayıb, 100-dən çox ev olub. Gördüyünüz kimi, hazırda burada heç nə qalmayıb, xarabalığa çevrilib.  Bir həftə əvvələ qədər burada yaşlı kişi və onun həyat yoldaşı qalmışdı. Bu gün gəlib gördük ki, onlar da yoxdur, evlərinin qalanı da dağılıb”, – deyə Xarkov “Azov” bölüyünün komandiri Anatoli Siderenko deyib.

Hərbçilər onu da bildiriblər ki, hazırda kəndin ərazisi, o cümlədən qəbiristanlığı düşmən tərəfindən düzülmüş minalardan təmizlənir.