Ukraynanın yeni planı: Gələn həftə ictimaiyyətə açıqlanacaq sənəddə nələr var?

Ukraynanın yeni planı: Gələn həftə ictimaiyyətə açıqlanacaq sənəddə nələr var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna hakimiyyəti müharibə zamanı ölkə üçün daxili fəaliyyət planı – “müqavimət planı” üzərində işləyir.
Qaynarinfo xarici nəşrlərə istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin ofisi planın bəzi detallarını açıqlayıb.
Məlum olur ki, Ukrayna hökumətinin “müqavimət planı”nda prioritet olaraq ölkənin suverenliyi və daxili sabitlik dayanır. Zelensikinin ofisi bəyan edib ki, “müqavimət planı” əslində doktrinal sənəddir.
“Aydın və dəqiq təkliflərlə, addım-addım daxili imkanlarımızı Ukraynanın qələbəsi naminə yönləndirəcəyik”, deyə Ukrayna prezidentinin ofisindən bildirilib.
Həmçinin plana ölkənin mədəni ictimaiyyətinin effektiv birliyi də daxildir. Bundan başqa, planda enerji məsələləri, daxili istehsal, təhlükəsizlik Qərb müttəfqilərinin silah tədarükü ilə bağlı bəndlər də yer alıb.
Ukrayna hökuməti növbəti həftə sənədi ictimaiyyətə təqdim etmək niyyətindədirlər.
Bundan əvvəl Ukrayna hakimiyyəti “qələbə planı” hazırlamışdı. Planda NATO-ya üzvlük, silah tədarükü, müttəfiqlərin Rusiya ərazisindəki hərbi hədəflərə raket zərbələri endirməklə bağlı qadağanın aradan qaldırmaları və s. bu kimi məsələlər yer almışdı.