Ukraynanın yeni müdafiə naziri işğal altındakı ərazilərin azad ediləcəyinə söz veribbackend

Ukraynanın yeni müdafiə naziri işğal altındakı ərazilərin azad ediləcəyinə söz verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın yeni müdafiə naziri Rüstəm Umerov ölkənin işğal altında olan ərazilərinin hər qarışının geri qaytarılması üçün əlindən gələni edəcəyinə söz verib.

Tribunainfo.az-ın məlumatına görə, bu barədə o, sosial şəbəkələrdə yazıb.

“Ukraynanın qələbəsi, ölkəmizin hər qarışının azad edilməsi üçün mümkün və qeyri-mümkün olan hər şeyi edəcəyəm”, – o bildirib.