Ukraynanın uzunmüddətli müharibə üçün resursları var? – Danilov açıqladıbackend

Ukraynanın uzunmüddətli müharibə üçün resursları var? – Danilov açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukraynanın Rusiya ilə uzunmüddətli müharibəyə hazır olub-olmadığı və bu qarşıdurmada hansı son məqsədə nail olmaq istədiklərini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, o , “Fokus”a müsahibəsində qeyd edib ki, ukraynalıların əsas vəzifəsi hətta bu, müharibənin gözləniləndən daha uzun sürəcəyi anlamına gəlsə belə, qələbə və 1991-ci il sərhədlərinə qayıtmaq olaraq qalır.

“Bizim vəzifəmiz birdir – qələbə. Və biz başa düşürük ki, bu, 1991-ci ilin sərhədlərinə çıxışdır. Çünki Konstitusiya var. O, Ukraynanın nə olduğunu aydın şəkildə tənzimləyir. Deputatlar Konstitusiyanı dəyişdirsələr, başqa şeydən danışa bilərik. Rusdilli ictimai xadimlər deyirlər ki, 1991-ci ilin sərhədlərinə getməyə ehtiyac yoxdurş Ancaq onlar gec-tez bu sözlərə görə cavab verməli olacaqlarını bilirlər”, – deyə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi bildirib.
O vurğulayıb ki, Ukraynanın birinci vəzifəsi “Konstitusiyada yazılan hər şeyi” geri qaytarmaqdır və bundan əlavə, Ukrayna öz tərəfdaşları ilə birlikdə Rusiya Federasiyasının yenidən kiməsə hücum etmək istəyinin aradan qalxmasına əmin olmalıdır.
Ukraynanın uzunmüddətli müharibə aparmaq üçün kifayət qədər silah və insan resurslarına malik olub-olmaması sualına cavab verən Danilov vurğulayıb ki, “əsas odur ki, bizdə son nəticədə müstəqil dövlət yaratmaq ruhu və istəyi var”.
O qeyd edib ki, 1991-ci ildən bu yana Rusiyayönlü qüvvələrin daim Ukrayna ərazisində olan, bütöv sənaye sahələrini ələ keçirməsi, onları məhv etməsi və nəzarətdə saxlaması nəzərə alınsa, ölkə 1991-ci ildən bəri tam müstəqil olmayıb.