“Ukraynanın taleyi silahların tez çatdırılmasından asılıdır”

“Ukraynanın taleyi silahların tez çatdırılmasından asılıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri və digər silahlar satmaq qərarı ölkəyə əhəmiyyətli dərəcədə kömək edəcək. Amma əsas məsələ yeni silahların Ukraynaya nə qədər vaxt və hansı miqdarda çatdırılmasıdır.

Tribunainfo.az xəbər verir ki, bu fikirlər “Wall Street Journal”da nəşr edilmiş təhlil yazısındandır.

Məqalədə deyilir ki, Trampın vəd etdiyi Ukraynanın müdafiə qabiliyyətinin artırılması indi ölkədə kifayət qədər sayda “Patriot”un sürətlə yerləşdirilməsindən və uzunmüddətli perspektivdə Qərbin Rusiyanın Ukraynaya hücum etmək üçün istifadə etdiyi pilotsuz təyyarələr və raketlər üçün mühafizə vasitələrinin istehsalını artırmasından asılıdır.

Bayden administrasiyasında Pentaqonun yüksək rütbəli rəsmisi Celeste Uallander bildirib ki, Rusiyanın taktikası ukraynalıları Rusiyanın yayın sonu və ya payızdakı hücumundan əvvəl bütün mövcud hava hücumundan müdafiə ehtiyatlarından istifadə etməyə məcbur etməkdir.

O, qeyd edib ki, Amerika silahlarının Ukraynaya tədarükü Rusiyanın rəhbəri Vladimir Putinin hesablamalarını dəyişmək üçün yay aylarında həyata keçirilməlidir.

Fərda Uğur