Ukraynanın bərpasını Qərb maliyyələşdirə bilməz – “The New Statesman”

Ukraynanın bərpasını Qərb maliyyələşdirə bilməz – “The New Statesman”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın “The New Statesman” jurnalında dərc olunan məqalədə Qərb tərəfdaşlarının Ukraynanın müharibədən sonrakı bərpasını maliyyələşdirmək imkanlarının olmadığı vurğulanıb.

Trubinainfo.az-ın məlumatına görə müəllif qeyd edir ki, Avropa ölkələrinin nə kifayət qədər resursu, nə də maliyyə vəsaiti var.

Jurnalist Volfqanq Münxau məqaləsində yazır ki, ABŞ-da Donald Trampın prezident seçilməsi ehtimalı vəziyyəti daha da mürəkkəbləşdirə bilər: “Tramp Ukraynanın bərpası üçün vəsait ayırmaq istəmir və ABŞ qoşunlarını göndərmək niyyətində deyil. Bu isə məsuliyyəti Avropanın üzərinə qoyur. Lakin Avropa maliyyə, hərbi və siyasi baxımdan bu öhdəliyə hazır deyil”.

Münxau əlavə edir ki, Qərbin Ukraynaya qarşı strategiyası işlək deyil: “Bunu çox erkən anladım, xüsusilə də Aİ və ABŞ-ın sanksiya paketini razılaşdırdığı vaxt. Bu paket Rusiyaya maksimum ziyan vurmaq üçün deyil, özümüzə ağrını azaltmaq üçün hazırlanmışdı”.

Onun sözlərinə görə, Qərbin Rusiya əleyhinə həyata keçirdiyi “sərt və məhdudlaşdırıcı siyasət” əslində, Moskva ilə bağlı sanksiyaları “kor-koranə qəbul edən” dövlətlərin özlərinə ziyan vurur.

Münxau bu vəziyyətin həm Qərb ölkələri, həm də Ukrayna üçün ciddi problemlərə səbəb ola biləcəyini qeyd edib.